Gözaltı torbalara və qaralmaya qarşı təbii çarə
- 8-06-2023, 20:47
- GÖZƏLLİK / Gözəllik sirləri
- 0
- 881
Süd
Göz ətrafını nəmləndirmək, göz altı torbalarından xilas olmanıza köməkçi ola bilər. Soyuq südə bir parça pambıq batırın və göz qapağınıza yerləşdirin.
Ən az 20 dəqiqə gözlədin və sonra yavaşca yuyun. Süd gözlərinizi soyuda bilər, nəmləndirə bilər və şişlikləri azalda bilər.
Xiyar
Kartof kimi, xiyar da stress və quruluq səbəbilə yaranan tünd halqaları və göz altı torbalarını yüngülləşdirmək üçün möcüzə bir üsuldur.
Yalnız bir xiyar dilimləyin və hər gün 20 dəqiqə göz qapaqlarınıza qoyun. Bir həftə boyunca davamlı olaraq tətbiq olunsa, gözaltı torbaları yavaş-yavaş azalacaq.
Kokos yağı
Göz altı torbalarını və tünd halqaları müalicə etmək üçün səhərlər duş qəbul etmədən əvvəl göz ətrafınıza kokos yağı ilə masaj edə bilərsiniz.
Bu üsulu həftədə ən az iki dəfə sınayın.
Qeyd: Kokos yağı ilə masaj etdikdə gözlərinizi yandıra bilər. Bu səbəblə masaj etdikdən sonra, gözlərinizi suyla durulayın.
Yumurta ağı
Bir kasada yumurta ağını çırpın və incə bir fırça istifadə edərək göz ətrafınıza tətbiq edin.
Yumurta ağı quruduqdan sonra sərt bir hiss verir.
Ən az 25 dəqiqə gözlədin və sonra ilıq suyla yuyun.
Yumurta ağı göz ətrafındakı şişlikləri azaldar və eyni zamanda dərisni möhkəmləndirər.
Soyuq qaşıq
Yalnız iki paslanmayan polad qaşığa və buz küpləriylə dolu bir stəkana ehtiyacınız var. Bir stəkanı buz küpləri ilə doldurun və içinə iki qaşıq qoyub soyumağı gözləyin. Daha sonra soyuq qaşıqları gözlərinizə qoyun. Bu müalicə, qabarıqlığı və sallanmağı sürətlə azaldar.
Təzə kərə yağı
Təzə kərəyağı qaşıntı, quruluq, yanıq və tahrişten qaçınmaq məqsədiylə dərinizi anında nəmləndirə bilər.
Bir şorba qaşığı təzə kərəyağı alın və gözünüzün ətrafına yüngülcə tətbiq edin.
İndi dairəvi vuruşlarla 15 dəqiqə masaj edin. 15 dəqiqə dərinizdə gözlədin, beləcə dəriniz bütün qida maddələrini tamamilə əmər.
Daha sonra üzünüzü yumaq üçün ilıq sudan istifadə edin.
Aloe Vera
Bir aloe vera yarpağını dilimləyin və dilimləri göz qapaqlarınıza yerləşdirin.
Bu, göz ətrafındakı qabarıqlığı və tünd halqaları davamlı olaraq azaldar.
Aloe vera dərinizi nəmləndirər, qırışıqlıqları, qaz ayaqlarını və yaşlanmadan qaynaqlanan incə xətləri önləyər.
İsti Su və Duz
Duzla qarışdırılan isti su, gözaltı torbalarını və şişliyi azaltmağa kömək olar. Bir stəkan ilıq suya duz əlavə edin, yaxşıca qarışdırın.
Sonra üzünüzü bu duzlu suyla yuyun.
Alternativ olaraq, iki parça pambığı hazırladığınız duzlu suda isladın və daha yaxşı nəticələr əldə etmək üçün gözlərinizin üzərinizə yerləşdirin.
Maye istehlakı
Gözaltı torbalarının ən əhəmiyyətli səbəblərindən biri susuzluqdur.
Bədəninizi nəmləndirmək üçün kafi maye istehlak edin. Hər gün ən az 8 stəkan və ya 2 litr su içməniz tövsiyə edilər.
Sirliqadın.az
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.