Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Sızanaqlara qarşı maska reseptləri

Sızanaqlar həm qadınlar, həm də kişilər üçün problem sayılır. Çoxları hətta dərisində olan sızanaqlardan utandığı üçün bayıra çıxdıqda ətrafdakılardan utanır. Sizə sızanaqların əmələ gəlmə səbəbləri və onların müalicəsi barədə bir neçə məsləhət vermək istəyirəm.

Sızanaqlar dəri altında olan piy və tük köklərinin iltihablaşmasıdır. İtihablı və iltihabsız olmaqla 2 cür sızanaqlara rast gəlmək olur.

Sızanaqlardan ev şəraitində xilas olmağın bir neçə üsulu:

                                    Limon suyu maskası

Limon suyu maskası dəridə olan sızanaqların geri sorulmasına yardım edir. Limon suyunun tərkibində olan turşular dəridəki qara nöqtələrdən xilas olmaqda şox faydalıdır.
 

Bunun üçün dəri əvvəlcədən ilıq su və sabunla yuyulub qurudulur. Yarım ədəd limon sıxılır və pambıq vasitəsilə üzə sürtülür. Limon suyunu üzə gecə sürtmək və səhərə kimi dəridə saxlamaq lazımdır. Limon suyundan istifadə edən zaman dərinizdə olan sızanaqları deşməyə çalışmayın.

Bu maska həssas və quru dərisi olanlar üçün məsləhətli sayılmır. Maskanı həftədə 3 dəfə təkrarlamaq lazımdır. Dəridə yanma hissi çox olduqda maska həftədə 1 dəfə edilməlidir.

Gül suyu maskası

* 100 ml gül suyu
* 2 xörək qaşığı bal
* 2 xörək qaşığı şəkər tozu
* 2 xörək qaşığı vitamin E

Yuxarıdakılar qarışdırılır, pambıq vasitəsilə üzə sürtülür, 15 dəqiqə sonra yuyulur.

Bal və alma maskası
* 1 ədəd alma
* 3-4 qaşıq bal

Alma əzilir və bal qatılıb eyni kütlə halına gətirilir, dəriyə sürtülür. 20 dəqiqə sonra dəri ilıq su ilə yuyulur.
Sirliqadın.az




Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}