Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Armud pəhrizi arıqlamağınıza kömək olacaq

 
Günümüzdə arıqlamaq məqsədilə aparılan yüzlərlə pəhriz növü mövcuddur. Müxtəlif menüyə malik olan bu pəhrizlərin insan sağlamlığına zərər vermədən orqanizmin gündəlik ehtiyacı olduğu vitamin, minerallar, zülal, dəmir və s. maddələrlə zəng olmasına diqqət etmək lazımdır.
 
Payızda arıqlamaq istəyənlər üçün armud pəhrizini təqdim edirik.
 
Armud aşağı kalorili və lif miqdarı yüksək olan meyvədir. Az kalorili olmasına baxmayaraq, doyumlu meyvədir. Tox saxlamaq xüsusiyyəti olduğu üçün pəhriz menüsündə ən çox istifadə edilən meyvələrdəndir.
 
Bu meyvə pəhriz saxlayanlar üçün şəkər ehtiyacını aradan qaldırmaq məqsədilə şirniyyatlarda da istifadə edilə bilər. Bununla yanaşı, armud pəhrizi ilə 1 həftədə 4-5 kq. arıqlamaq da mümkündür. Lakin unutmaq lazım deyil ki, hər kəsin metabolizmi müxtəlif olduğu üçün hamıda eyni vaxtda eyni nəticəni verməyə bilər.
 
Məsələn, eyni pəhrizi saxlayan iki nəfərdən biri 5 kilo, digəri isə 2 kilo arıqlaya bilər. Aradakı fərq metabolizmin necə çalışmasından qaynaqlanır. Pəhriz müddətində 1.5-2 litr su içməyi unutmayın. Pəhrizlə yanaşı, idmanla məşğul olsanız, qoyduğunuz hədəfə daha tez çatarsınız.
 
Armud pəhrizi necə saxlanılır?
Armud pəhrizi 7 gün ərzində saxlanmalıdır. Pəhriz müddəti bitdikdən sonra sağlam qidalanmayla, o cümlədən idmanla çəkinizi qoruya bilərsiniz.
 
Armud pəhrizinin menyusu:
 
Səhər: 1 kasa yulaf püresi və 1 ədəd armud (armudu diqqətlə yuduqdan sonra qabığını soymadan yeyin).
Saat 11:00-12:00:  2 yumurta və 1 kiçik boşqab göbələklə hazırlanmış omlet, 1 dilim tam taxıllı çörək və 1 ədəd armud.
Günorta: 1 porsiya toyuq sinəsi (pörtmüş və ya sobada bişmiş).  Yanında pomidorlu yaşıl salat (yağsız və duzsuz), yarım porsiya alabalıq və 1 ədəd armud.
Saat 15:00-16:00: 1 ədəd armud.
Axşam: 1 porsiya yağsız qatıq və 1 ədəd armud.
 
Armud pəhrizi saxlamaq istəyənlər 7 gün ərzində eyni menyunu tətbiq etməlidirlər. Pəhriz menyusundakı qidaların kalori dəyərləri hesablanaraq hazırlandığı üçün siyahıdakı qidalara dəyişiklik etmək olmaz.

xoshbextqadin.az





Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}