Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Saçların tökülməsinin qarşısını alan maskalar. RESEPTLƏR

Bu təbii maskalar saçları möhkəmləndirir, saçların tökülməyini azaldır.

1. 1 xörək qaşığı ayıpəncəsi yağı 1 xörək qaşığı balla yaxşı qarışdırılır, 2 çalınmış yumurta sarısı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı saçlarınızın köklərinə çəkin, massaj edin, saçlarınızı sellofanla, sonra dəsmalla bağlayın və 1 saat saxladıqdan sonra yaxşı yuyun.


2. 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı təzə limon şirəsi yaxşı qarışdırılır və saçların köklərinə çəkilir. Maskanı 1 saat saxlayın və sonra yuyun.




3. 1 baş soğan blenderdə əzilir, 2 xörək qaşığı ağ gil və 1 çay qaşığı balla qarışdırılır və saçların köklərinə çəkilir. Maskanı 1 saat saxlayın və yuyun.


4. 2 xörək qaşığı rəngsiz xına, 1 xörək qaşığı gənəgərşək yağı, 1 yumurta sarısı. Xınanın üzərinə isti su tökün və qarışdırın (sıyıq kimi alınmalıdır). 


Xına ilıq olanda gənəgərçək yağı və çalınmış yumurta sarısını əlavə edin, yaxşı qarışdırın və saçlarınızın köklərinə çəkin. 2 saatdan sonra maskanı yuyun.

5. 1 xörək qaşığı qırmızı bibər tinkturası (apteklərdə satılır) 1 xörək qaşığı gənəgərçək və 1 xörək qaşığı badam yağları ilə qarışdırın, 1 çalınmış yumurta sarısını əlavə edin, yaxşı çalın və saçlarınızın köklərinə çəkin.


 1 saat saxlayın və sonra yuyun.
Belə maskaları həftədə 2-3 dəfə etmək lazımdır.


Sirliqadın.az




Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}