Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Saç tökülməsinin səbəbləri və ÇARƏSİ

İstər qadın, istər kişilərdə ciddi bir tökülmə, seyrəlmə varsa, burada ilk olaraq iki səbəb ağıla gəlməlidir. Bunlardan birincisi stress faktoru, ciddi psixoloji travmalardır. Digəri, infeksiyalar, cərrahiyyə əməliyyatlarıdır.  Bu hallar ciddi saç tökülməsinə səbəb olur.

Cərrahiyyə əməliyyatlarından iki ay sonra saçda ciddi bir tökülmə baş verir. Narkoz əsnasında verilən dərmanlar saçlara təsir edir.

 
Saç tökülməsi ilə bizə müraciət edən pasientə ilk sualımız “dərman içirsinizmi”, ikinci sualımız “cərrahiyyə əməliyyatı olunmusunuzmu”,  üçüncü isə “stress keçirdinizmi” olur. Əgər bunlardan hamısına “yox” cavabı alırıqsa, o zaman həmin şəxsdə laborator təhlilləri başlanır. Tökülmənin səbəbi araşdırılır”.

Əgər saçlar seyrəlməyə başlayarsa, saçların möhkəmləndirilməsi üçün həftədə 2-3 dəfə xüsusi maskalar etmək yaxşı olar:


- 1 xörək qaşığı konyak, 1 yumurta sarısı və 1 desert qaşığı balı qarışdırın. Alınan maskanı saçları yumamışdan qabaq 30 dəqiqə müddətinə başın dərisinə çəkin. Sonra saçları içərisinə ½ limon şirəsi qatılmış yumşaq su ilə yaxalayın.


- 1 çay qaşığı bal, 1 yumurta sarısı, 1 çay qaşığı gənəgərçək yağı və 1 çay qaşığı ayıpəncəsi yağı götürərək onları qarışdırın. Bu qarışığı başın dərisinə sürtüb əvvəlcə sellofan ilə, sonra isti şərflə örtün. 1-2 saat keçdikdən sonra başınızı yuyun.


Saçların tökülməsini gündəlik düzgün rejim ilə də dayandırmaq olar: vaxtında yatmaq və durmaq, daha çox hərəkət etmək və açıq havada olmaq, düzgün qidalanmaq, yazda və payızda vitamin kompleksləri qəbul etmək, stresli vəziyyətlərdən uzaq olmaq, bu, mümkün olmadıqda isə gərgin dövrlərdə sakitləşdirici dərmanlar (həkimlə məsləhətləşdikdən sonra) qəbul etmək və s.


Sirliqadın.az



Qalereya


Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}