Saç tökülməsinin səbəbləri və ÇARƏSİ
11-11-2021, 21:31. Müəllif: Guler58 İstər qadın, istər kişilərdə ciddi bir tökülmə, seyrəlmə varsa, burada ilk olaraq iki səbəb ağıla gəlməlidir. Bunlardan birincisi stress faktoru, ciddi psixoloji travmalardır. Digəri, infeksiyalar, cərrahiyyə əməliyyatlarıdır. Bu hallar ciddi saç tökülməsi

Cərrahiyyə əməliyyatlarından iki ay sonra saçda ciddi bir tökülmə baş verir. Narkoz əsnasında verilən dərmanlar saçlara təsir edir.
Saç tökülməsi ilə bizə müraciət edən pasientə ilk sualımız “dərman içirsinizmi”, ikinci sualımız “cərrahiyyə əməliyyatı olunmusunuzmu”, üçüncü isə “stress keçirdinizmi” olur. Əgər bunlardan hamısına “yox” cavabı alırıqsa, o zaman həmin şəxsdə laborator təhlilləri başlanır. Tökülmənin səbəbi araşdırılır”.
Əgər saçlar seyrəlməyə başlayarsa, saçların möhkəmləndirilməsi üçün həftədə 2-3 dəfə xüsusi maskalar etmək yaxşı olar:
- 1 xörək qaşığı konyak, 1 yumurta sarısı və 1 desert qaşığı balı qarışdırın. Alınan maskanı saçları yumamışdan qabaq 30 dəqiqə müddətinə başın dərisinə çəkin. Sonra saçları içərisinə ½ limon şirəsi qatılmış yumşaq su ilə yaxalayın.
- 1 çay qaşığı bal, 1 yumurta sarısı, 1 çay qaşığı gənəgərçək yağı və 1 çay qaşığı ayıpəncəsi yağı götürərək onları qarışdırın. Bu qarışığı başın dərisinə sürtüb əvvəlcə sellofan ilə, sonra isti şərflə örtün. 1-2 saat keçdikdən sonra başınızı yuyun.
Saçların tökülməsini gündəlik düzgün rejim ilə də dayandırmaq olar: vaxtında yatmaq və durmaq, daha çox hərəkət etmək və açıq havada olmaq, düzgün qidalanmaq, yazda və payızda vitamin kompleksləri qəbul etmək, stresli vəziyyətlərdən uzaq olmaq, bu, mümkün olmadıqda isə gərgin dövrlərdə sakitləşdirici dərmanlar (həkimlə məsləhətləşdikdən sonra) qəbul etmək və s.
Sirliqadın.az
Geriyə qayıt