Quru dəri üçün maskalar
- 13-03-2023, 15:09
- Üz maskaları / Gözəllik sirləri
- 0
- 2 206
Xoshbextqadin.az sizlərə "Quru dəri" üçün maskalar təqdim edir:
Maska - 1
* 1 yumurta sarısı, 1 çay qaşığı bal və 1 çay qaşığı günəbaxan yağını qarışdırın. Maskanı üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra qaynanmış ilıq su və yaxud da eyni miqdarda qarışdırılmış su və süd qarışığı ilə yuyun. Maskaya 10-15 damcı limon şirəsi də əlavə etmək olar.
Maska - 2
* 30 qram bitki yağını qızdırın. Nazik pambıq qatını yağa batırıb üzünüzə qoyun. Üzərinə perqament kağızı, bunun üstündən isə dəsmal örtün.
15-20 dəqiqədən sonra çıxardın və quru dəsmalla, yaxud pambıqla silin. Yağın boynunuza axmaması üçün bu hissələrə quru pambıq qatı qoymaq olar.
Maska - 3
* Yumurta sarısını 1 çay qaşığı qaymaqla qarışdırın. Maskanı üzünüzə çəkin, 15-20 dəqiqədən sonra otaq temperaturuna bərabər həddə qədər soyudulmuş qaynanmış su ilə yuyun.
Maska - 4
* 1 xörək qaşığı kəsmiyi əzib 1 xörək qaşığı xama və yarım çay qaşığı duzla möhkəm qarışdırın. Maskanı üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra qaynanmış suda isladılmış pambıq tamponla silin.
Maska - 5
* 20 qram mayanı 1 xörək qaşığı süd və 1 xörək qaşığı bitki yağı ilə qarışdırın. Maskanı üzdə 15-20 dəqiqə saxladıqdan sonra qaynanmış suda isladılmış pambıq tamponla silin.
Nazik pambıq qatını 50-100 qram giləmeyvə (moruq, çiyələk), meyvə (gavalı, şaftalı, ərik), tərəvəz (pomidor, kələm, yerkökü) şirələrindən hər hansı birində isladıb 15-20 dəqiqəlik üzünüzə qoyun. Pambıq quruduqca onu yenidən isladın. Bundan sonra üzünüzü quru pambıqla silin.
Maska - 6
* 2 ədəd təzə xiyarı kiçik gözlü sürtgəcdən keçirin. Şirəsini çıxarmadan üzünüzə çəkin və 20-25 dəqiqədən sonra otaq temperaturunda olan suda isladılmış pambıqla təmizləyin.
Maskaya un da əlavə etmək olar. Əgər dəriniz çox həssasdırsa, onda xama əlavə edin. Ümumiyyətlə, meyvə və tərəvəz maskalarından əvvəl üzünüzü qaymaqla, yaxud duru xama ilə silmək məsləhətdir.
Maska - 7
* 1 yumurta sarısının yarısını 15 qram günəbaxan yağı ilə qarışdırın. Əmələ gələn qarışığı 15-20 dəqiqəlik üzünüzə çəkin və suda isladılmış pambıqla təmizləyin.
Dəriniz çat verirsə
Dəri çatlarının qarşısını almaq üçün düzgün qidalanmaq, bol su içmək, idman etmək əsas şərtdir.
Dəri ən çox gərilmələrə məruz qaldığı üçün və kifayət qədər su çəkmədikdə çat verir.
Çünki bədənə daxil olan suyun miqdarı az olduqda dəri elastikliyini itirir və çatların əmələ gəlməsinə şərait yaranır.
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.