Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Ev şəraitində üzün dərisinin təmizlənməsi. 3 effektli üsul

Dərimiz daim təzələnir. Hüceyrələr ölür və yeniləri ilə əvəz olunur.





Ölmüş hüceyrələr üz dərisinin üzərində yığılaraq dərinin normal nəfəsalmasını pozur ki, nəticədə dərinin rəngi pisləşir, dəri solğun görünür, tez qocalır. İstifadə etdiyimiz krem və maskalar belə çirklənmiş dəriyə yaxşı hopulmur və nəticədə dəriyə lazım olan kosmetik təsir etmir.
Üz dərisini ölmüş hüceyrələrdən, qara nöqtələrdən və s. çirklənmələrdən dərin təmizləmək üçün ev şəraitində bu kimi vasitələrdən istifadə etmək olar:


- Yulaf yarması (herkules) qatıqla qarışdırılır və təmiz üz dərisinə çəkilir. Daha sonra üz dərisini barmaqların ucları ilə massaj xəttləri üzrə 3-5 dəqiqə ərzində yüngül masaj etmək lazımdır.


Sonra üzünüzü yuyun və istənilən nəmləndirici krem çəkin.
- 10%-li kalsium xloridi məhlulu (apteklərdə satılır) yarıbayarı təmiz su ilə qarışdırılır. Məhlulda steril pambıq diski isladılır və üz dərisinə dairəvi hərəkətlərlə çəkilir. Bunu bir neçə dəfə etmək lazımdır (diski isladırıq və üz dərisinə çəkirik).


Daha sonra disk uşaq sabunu köpüyündə isladılır və üz dərisinə dairəvi hərəkətlərlə çəkilir. Dəridə ağ yumrular əmələ gəlməyə başlayacaq. Bütün hərəkətləri massaj xəttləri üzrə etmək lazımdır.

Dəri bu proseduru normal qəbul edibsə, növbəti dəfə kalsium xloridi su ilə qarışdırmaq lazım deyil. Növbəti dəfə bu proseduru 1 həftədən sonra təkrar etmək olar. Bu prosedura Hollivud təmizlənmə üsulu deyilir.

- Qatıq 1/2 çay xırda duzla qarışdırılır və dairəvi hərəkətlərlə 3-5 dəqiqə ərzində barmaqların ucları ilə dəriyə çəkilir. Daha sonra üzünüzü yuyun və nəmləndirici krem çəkin.


Dəridə iltihab, yaralar və s. zədələnmələr varsa, dəri çox quru və həssasdırsa, bu vasitələrdən istifadə etmək olmaz.






Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}