Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Orucu yalnız yemək, içmək və cinsi əlaqə pozur

Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz. Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı.

 Artıq onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap qara sapdan seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın.

 Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə qorxalar. (Bəqərə surəsi, 187)

Ayədə bildirilən “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız” ifadəsi ilə Allah oruc tutulan saatlarda cinsi əlaqəni qadağan etmişdir.

 
Deməli, oruc həm də insanın nəfsini cinsi əlaqədən çəkindirməklə tərbiyə edir. Bu Quran ayəsinin davamına baxdıqda oruc saatlarında yeyib-içməyin də qadağan olunduğunu anlayırıq.

 Quranda Ramazan orucundan bəhs edən ayələrdəki qadağalar sadəcə bunlardır. Bunlara əlavələr etmək isə Allah adından hökm vermək deməkdir. Halbuki tək hökm sahibi göyləri, yeri və bu ikisinin arasında olan hər şeyin Rəbbi olan Allahdır. Yenə Quranda bildirildiyi kimi Allah öz hökmünə heç kəsi şərik etməz.

O, heç kəsi öz hökmünə şərik etməz! (Kəhf surəsi, 26)

Mənbə:Fiqh.az




Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}