Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Qurban əti necə bişirilməlidir?


 
 Qurban ətinin düzgün bişirilməsi qaydalarını bilmək  önəmlidir. Bunu nəzərə alaraq, Xoshbextqadin.az əti düzgün bişirməyin yollarını təqdim edir.

Ətin yumşaqlığı heyvanın növü, yaşı, əzələ və yağ toxumasının miqdarı, qidalanması, kəsildikdən sonrakı saxlanma vəziyyətinə görə dəyişir. Yaxşı qidalanmayan və çox hərəkət edən heyvanın əti sərt olur.

 Buna görə də heyvanın müxtəlif yerlərindən əldə edilən ətlərdə fərqli bişirmə üsulları tətbiq edilir. Yaxşı qidalanan heyvan əti yağlı olur. Yağlı ətlər daha yumşaqdır. Heyvanlar yaşlandıqca yağlılıq dərəcəsi azalır. Ətin bişirilməsində növü və əzələ toxumasına görə hazırlanması ətin ləzzətini artırır.

Yüksək istilikdən uzaq durun

Quru istilikdə bişirilməsi uyğun olan ətlər əzələ toxuması az olan ətlərdir. Qızartma və sobada qovurmaq bu üsul bişirməyə aiddir. Əzələ toxuması çox olan ətlər qıyma halına gətirilərək küftə formasında quru istidə bişirilə bilər. Qızartma zamanı yüksək istilik verilməməlidir. Bu, ətin tez qurumasına və içinin çiy qalmasına səbəb olur. Bundan başqa, yüksək istidə bişirilmə zülal itkisinə səbəb olur.

Nəmli istilikdə bişirilmə

Əzələ toxuması çox olan ətlərə tətbiq edilir. Bu bişirmə üsulu ilə – az su istifadə edilərək, quşbaşı və parça ətlər, kabab, qabırğa kababı, bifşteks kimi yeməklər hazırlana bilər.

Yağda qızartma üsulları: sağlamlıq baxımından məsləhət görülməyən bu üsul isə qıymanın küftə formasına salınması və ya balıq növlərində istifadə edilir. Yağ çox qızarmış olarsa, ətin üst hissəsi quruyur və içərisinə istiliyin getməsinə mane olar. 

Ət bişmir və çiy qalır. Ətin yanıq hissələri kansoregen maddələr əmələ gətirir. Az yağ istifadə olunması isə ətin daha çox yağ çəkməsinə səbəb olur. Ev quşları və balığı qızartmazdan əvvəl unlamaq olar.
 
xoshbextqadin.az





Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}