Bir fincan seçin,xarakterinizin necə olduğunu öyrənin
- 8-11-2022, 22:00
- Maraqlıdır / Testlər
- 0
- 1 525
Bu fincanlardan birini seçin,xarakterinizin necə olduğunu öyrənin.
1) Çox vaxt böyük miqyaslı layihələr aparırsınız, ancaq sonra onları yarıda buraxırsınız,çünki siz zəif və ya çətin vəziyyətə düşürsünüz.
2) Siz hər şeydə kəmiyyətə üstünlük verirsiniz. Həyatınızdakı nizamın pozulmasını sevmirsiniz, özgüvənli görünürsüz, amma əslində göründüyü qədər deyil.
Hər seyi idarə etməyi sevirsiz. Seçimlərinizdə ehtiyatlı olmağınız lazımdır, çünki bəzən səhv insanlara inanırsız.
3) Başqalarına yararlı olmağı sevirsiz. İş yerinizdə və ya planladığınız iş görüşlərində uğurlu olursuz. Amma evdə hər şey olduğu kimi durur.
Şəxsi münasibətlərdə tarazlığı tapmaqda çətinlik çəkirsiz və tez - tez əsəbləşirsiz. Hər seyi idarə etməyə çalışırsız amma bunun üçün həyatınızda balansı tapmalısınız. Bunun üçün yenidən həyatınızı dərindən analiz etməlisiniz.
4) Siz həmişə harasa tələsirsiniz. Sizə saatlar və günlər bəs etmir. Öz -özünüzlə tək qalmağı sevmirsiz ona görədə daima nəsə bir məşğuliyyət tapırsız.
İntizama çox üstünlük verirsiz, amma "həyatdan nə istəyirsiniz?” sualına cavab tapmağa çalışın. Sizə zövq verən insanlarla daha çox ünsiyyətdə olun, stop edin və ətrafınızdakı gözəllikləri görün.
5) Siz düşüncəli və xoş xasiyyətlisiniz, amma həyatınızda emosiyalarınız azdır. Gələcək hədəfiniz nədir, bilmirsiniz. Amma xeyirli bir şey etmək istəyinizdən əminsiz.
Nəyin sizə xoşbəxtlik gətirəcəyini tapmalısınız. Siz insanları və həyatı sevirsiz, amma işinizidə sevməlisiniz. Özünüzü dəyərli və lazımlı hiss etməyə ehtiyacınız var.
6) Siz zəhmetkeş və dəyişkən insansız, hisslərinizi ortalığa tökməyi sevmirsiz. Dünyanı dəyişdirə biləcəyinizə inanırsınız. Sadəliyiniz insanlarda maraq doğurur.
Həyatın mənasını kədər içində axtarırsınız, çünki onlara daha da əhəmiyyət verirsiniz. Amma əslində depressiya və bədbəxtlik həyatı daha dərinləşdirmir, onlardan vaz keçin.
7) Siz tez -tez həyacanlanırsınız, sürprizlərdən qaçmaq üçün əvvəlcədən hər şeyi planlaşdırmağa calışırısız.
Hər şeyə daha dərin baxmadan, sakit bir həyat yaşayırsınız. Ciddi əlaqələr sizi qorxudur. Xəyallarınıza və maraqlarınıza riayət etməkdən qorxmayın! Sizi sevindirən şeyləri tapın.
8)Siz əsəbi və sirli insansız, yeni idealara daima açıqsız. Yaradıcı və dərin fikirli birisiniz. İntellektinizdə hər şey qaydasındadır, sadəcə olaraq öz intuisiyanıza inanmalısınız və ilhamınızın mənbəyini tapmalısınız.
9) Sizə xoş olur - sevildiyinizi hiss edəndə və sizə tabe olunanda. Sizin üçün ən ideal gün - maraqlı söhbətlər, kitablar, sevdiyiniz musiqilər, yeni biliklər, bu kimi məşğuliyyətlər olan gündür.
Nəzakətli olmaq sizə xüsusi güc verir. Nailliyyətlərinizlə parıldaya bilərsiz amma eqoistliyiniz imicinizə xələl gətirir. Özünü sevmək yaxşı bir şeydi amma başqalarının hesabına yox.
10) Siz çox aktivsiniz, boşa vaxt sərf etmirsiniz. Yeni fikirlərə, imkanlara, yanaşmalara daima açıqsınız. Ardıcıllığı sevirsiniz, yaradıcılığa meyillisiniz.
Сiddi olmayan iş sizi qorxudur, qeyri - müəyyənlikdən isə çəkinirsiniz, amma unutmayın ilk addım həmişə çətin olur.
11) Siz şən, yaradıcı və itiağıllı insansız amma sizdə nəyisə əldə etmək alınmır.
Çox vaxt böyük miqyaslı layihələr götürürsünüz, ancaq sonra onları yarıda qoyursunuz, çünki siz zəif və ya çətin vəziyyətə düşəcəksiniz.
Sonradan sizə darıxdırıcı və çətin gəlir. Başqa insanlar haqqında çox müzakirələr aparırsınızız. Ürəyinizin dərinliyində öz bacarıqlarınıza da sübhə edirsiniz. Siz hər şeydə təkan axtarırsınız.
12) Həyata çəhrayı eynəkdən baxırsınız. İnsanlar sizi çox sevir və sizə daha yaxın olmağa çalışırlar. Siz şənlikləri, əyləncəni cox sevirsiz.
Ətrafdakı insanlar xoşbəxt olanda siz də xoşbəxt olursuz. Özünüzü unutmayın! Çox tənha qaldıqda depressiyaya yönəlirsiz.
13) Siz tez -tez başqa insanlar üçün narahat olursuz və necə kömək edəcəyinizi də bilmirsiz. Sizi ətraf aləm narahat edir və siz öz adətlərinizi sevirsiz.
Siz geriyə baxıb kecmişə qayıtmağı arzu edirsiz. Amma unutmayın hər şeyə rəğmən müsbət tərəfləri də görmək olar.
14) Siz sanki uzun iş günündən sonra günəş altında oturub buzlu içki içirsiz. Çünki sizin ambisiyanız yoxdur, onlara mənasız baxırsız.
Siz həyatdan mümkün qədər zövq almağa çalışırsız, dostlarınızı ve yaxınlarınızı cox istəyırsız, ünsiyyəti xoşlayırsız ve nəyisə itirməyi xoşlamırsız.
15) Siz enerjili birisiz ve dunyaya öz baxışınızdan baxmağı sevırsız.Diqqət mərkəzindən olmağı sevirsiz, istəyirsiz sizinlə hamı maraqlansın.
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.