Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

"20 ildir bu sahədəyəm, niyə fəxri adım yoxdur?"

"Ürəyimdə qalıb məni incidənə qədər deyim, sizi incitsin. Aktyorlarımız qədər birliyi olmayan, bir-birini dəstəkləməyən, ümumiyyətlə həmfikir olmayan ikinci bir ölkə sənətçiləri tanımıram.

 Nə zaman hansısa kanalda aktyorların (çəkiliş, qonorar və s.) problemlərinə toxunan mövzular barədə fikir bildirmişəm, heç bir zaman paylaşıma belə dəstək xarakterli yazı belə yazmayıblar, bəyənməyiblər. 

Elə bilirsiniz görmürlər? Çox gözəl görürlər. Bütün günü sosial şəbəkələrdə oturub başqa ölkənin bizə aid olmayan məişət  söhbətlərini, cəmiyyətimizin lazımlı ve lazımsız bütün məsələlərini status halına gətirib, lağ-lağı edə bilirlər. Amma... Hə, niyə səslərini çıxarmırlar?".

Sirliqadın.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova bildirib. Sənətçi illərdir bu sahədə olmasına baxmayaraq fəxri ad və mükafat almamasından gileylənib:


"Qorxurlar ki, hansısa rejissor oxuyar, sonra onları çəkməz. Amma hansı biri ilə rastlaşıramsa, deyirlər ki, çıxışınla razıyam. Heç kəsin görmədiyi yerdə dəstək cümlələri qurmaq üçün ürəyiniz gedir.


Ona görə özümə söz vermişəm, bundan sonra nə zaman müzakirə xarakterli verilişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib, müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqlandıracağam. 20 ildir bu sahədəyəm, niyə adım və ya mükafatım yoxdur? 

Halbuki işlərimlə dünyanı gəzmişəm, hələ layihələrimizin aldığı mükafatları demirəm. Yerli layihələrdə göstərdiyim aktyor işlərindən danışmıram... Havayı, heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar bilməz nədən danışıram".

Aktrisa daha sonra yazılan şərhlərə "Hazır oturub axmaq-axmaq söhbətlər edirlər. Özlərini küçədən kimsə tutub aktyor, aktrisa edib. Elə bilirlər hər kəs onların günündədir. Xeyr... Mənim kimi əziyyət çəkib öz sahəsinin magistratura pilləsini oxuyanlar da var. Öz istedadının, öz zəhmətinin hesabına" fikrini bildirib.

Axşam.az





Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}