"Çox aqressiv olmuşam"
- 20-10-2015, 00:28
- ULDUZLAR / Bizim məşhurlar
- 0
- 811
Əməkdar artist Sənubər İsgəndərli avtomobil sürəndən sonra xasiyyətinin dəyişdiyini deyir.
Aktrisa çox aqressiv olduğunu, hətta bu xarakterinə görə, özünə nifrət elədiyini bildirib.
Bu barədə o, "Yeri gəlmişkən" verlişində danışıb:
"Özüm haqqında eşidirəm, deyirlər ki, özündən razıdır. Yəqin xarici görünüşüm belədir. Amma özümdən qətiyyən razı deyiləm. Sadəcə elə məqamlar var ki, insan özünü elə göstərməlidir. Hər kəs özünə, tərbiyəsinə görə davranır. Maşın sürəndən sonra xasiyyətim dəyişib. Özümə nifrət edirəm. Çox aqressiv, əsəbi olmuşam. Birdə görürəm ki, artıq qarşımdakı maşının sahibi ilə dava edirəm. Amma sonra fikirləşırəm, düz etməmişəm".
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.