Rüstəm Cəbrayılov yenidən evlənmək istəyir
- 25-10-2015, 14:30
- ULDUZLAR / Bizim məşhurlar
- 0
- 1 484
Model Rüstəm Cəbrayılov yenidən ailə qurmaq istəyir.
Əcnəbi həyat yoldaşından boşanan model bu dəfə azərbaycanlı xanımla evlənəcəyini bildirib:
"Əcnəbi xanımla evlənməyimə peşman olmamışam. Mənim uzun illər yaşadığım yer dünyanın çox ölkəsindən yüz il qabaqdadır. Dünyanın mərkəzi, paytaxtıdır (Amerika - red.). Çox uzaq yerdir. Məndən olsa Bakıya qayıtmazdım, orada yaşayardım. Evin tək oğluyam, valideynlərimin yanında olmalıyam. Mənim xanımım ailə üzvlərimdən kiməsə qarşı gəlsə, onu silərəm. Hər şeyi vaxta buraxmışam. Yenə ailə həyatı quracam. Hətta gələn il evlənəcəm. Bu dəfə yəqin ki, azərbaycanlı xanımla ailə quracam".
R.Cəbrayılov ata olmaq istədiyini də söyləyib:
"Mənim yaşım az deyil. Bunu nəzərə almaq lazımdır. Dünyanın o yeri yoxdur, orda olmayım. 3 universitet bitirmişəm. Çox adətləri bilirəm. Məsləhətlərə qulaq asıram, amma öz bildiyimi edirəm. Övladım yoxdur, indiyə kimi olmamasını özüm istəmişəm. Ailə həyatı qurduqdan sonra Azərbaycanda da toy etmək istəyirdim. Adət-ənənəyə bağlıyam. Bundan sonra övladımın olmasına razılaşardım".
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.