Xoşbəxt Qadın > ULDUZLAR / Xarici ulduzlar > "Hadisəyə 40 minlik üzük alacağına borcunu ödəsin"

"Hadisəyə 40 minlik üzük alacağına borcunu ödəsin"


30-01-2022, 14:44. Müəllif: Asya Türkiyəli müğənni Hadisəyə iş adamı nişanlısı Mehmet Dinçerlerin evlilik təklifi edərkən barmağına taxdığı milyon dəyərindəki üzük gündəmdən düşmür.

Sirliqadın.az türk mediasına istinadən xəbər verir ki, Dinçerler ailəsinə məxsus şirkətlərin fəaliyyətində problemlər yaşanıb. Maliyə çətinliklərinin ardından şirkətin vəkili Hicran A.Şenoğlunun açıqlaması təəccübləndirib:


"Müflis olmaqdan xilas edə biləcəklərinə inanadıqları şirkətlərin borclarını ödəyirlər. Lakin digərləri qalır. Mehmet Hadisəyə 40 min dollarlıq üzük alacağına borcunu ödəsin.

 
Müvəkkilimin evi satıldı. Belə bir vaxtda 1 milyon lirəlik toy etdilər. Bir ay ərzində kassadan 3,5-4 milyon lirəlik azalma var".

Qeyd edək ki, daha əvvəl sözügedən üzüyün 3 milyon 133 min 280 lirə (təxminən 393 min 226 manat) dəyərində olduğu bildirilib.

Axşam.az

Geriyə qayıt