Sac qovurma
- 20-03-2023, 17:01
- Mətbəx / Quru yeməklər
- 0
- 4 409
Ərzaqlar:
Yumşaq quzu əti
təzə kartof
badımcan
pomidor
Acı şirin bibər
Kərə/quyruq yağı
Hazırlanması:
Yumşaq quzu əti
təzə kartof
badımcan
pomidor
Acı şirin bibər
Kərə/quyruq yağı
Hazırlanması:
Əvvəlcə sacı yaxşı yuyub manqalın üstündə möhkəm qızdırırıq. Sonra piy ilə içini yağlayıb təmizləyirik. (Mis sac bu cürə təmizlənir)

Quyruğun yarısını ətlə birgə saca töküb duz istiot vurub tez tez qarışdırın. Altının istiliyini orta hərarətdə saxlayın. Ət suyunu ötürüb yığanda, yağa düşənə yaxın quyruğun digər yarsını və kərə yağını əlavə edin.
Ətlər orta qızaranda yığın. Həmin yağa əvvəl kartofları, o qızrandan sonra kənara çəkib badımcanları, ən sonda pomidorları və bibərləri qızardın.
Sonra hamsını gec bişəndən tez bişənə doğru sacın içindən kənarına doğru düzüb odda təxmini 15-20 dəqiqə bişirin. Duz və istiot tərəvəzlər yağda qızaranda üzərinə əlavə olunur.
Nuş olsun!
Nuş olsun!
- Müəllif: Banu
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.