Ağlayan tort
Tərkibi:
3 yumurta
1,5 st. şəkər tozu
1 st. süd
1 st. bitki yağı
2 x.q. kərə yağı
3 x.q. kakao
1 paket vanil
1 paket qabartma tozu
2 st. un
sirop:
2 st. süd
Üzərinə:
1 paket krem-şanti tozu
1 st. süd
şokolad sousu
Hazırlanması:
Yumurta ilə şəkər tozunu mikserlə 4-5 dəqiqə çalın. Sonra ardıcıl olaraq qarışdıra-qarışdıra kərə yağı, bitki yağını, kakao və südü əlavə edin.
Vanil, qabartma tozu və unu sonda əlavə edib bir az da qarışdırın, yağlanmış, yaxud perqament döşənmiş siniyə tökün.
180 dərəcə qızdırılmış sobada bişirin. Bişib-bişmədiyini kibrit və ya diş çöpü ilə yoxlayın. Bişdikdən sonra soyudun. Üzərinə süd tökün ki, canına çəksin.
Krem-şanti tozunu südlə çalın. Biskvit südü canına hopdurandan sonra krem-şantini üzərinə çəkin. Şokolad sousu ilə bəzəyin.
Nuş olsun!
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.