Mərcimək dolması
- 10-03-2023, 15:53
- Mətbəx / Quru yeməklər
- 0
- 1 721
Tərkibi:
150 gr təzə ya da konservləşmiş üzüm yarpaqı
500 gr qoyun əti
200 gr çəkilmiş baş soğan
Duz
İstiot
Göyərti: keşniş, şüyüd, nanə
50 q yaşıl mərcimək
Hazırlanma qaydası
Göyərtini yuyub doğrayın.Mərciməyi öncədən bişirin azca.Qiyməni soğanla qarışdırıb, mərciməyi, xırdalanmış göyərtini, duzu və istiotu əlavə edin. Kütləni yaxşı qarışdırın. Üzüm yarpaqlarını yuyub üstünə qaynar su tökün və 2-3 dəqiqə saxlayın, sonra sudan çıxardıb dolmaları bükün.
Dolmaları bir-birinin yanına zəncirvarı yığın. Sonra qazanı iti alovun üstünə qoyun, qaynayan kimi, zəif alova keçirin. Dolmaların üstünə su töküb üzərini dessert boşqabla örtün. Qazanın qapağını bağlayıb 1-1,5 saat bişirin.
NUŞ OLSUN!
xoshbextqadin.az
- Müəllif: Cesme Eli
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.