Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Pendirli omlet - səhər qəlyanaltısı


 
Bu gün səhər yeməyinə  nə bişirim deyə fikirləşirsinizsə, pendirli omlet bişirin. Bu asan hazırlanan yemək üçün cəmi üç əsas ərzaq lazımdır – yumurta, yağ ve pendir. 

Pendirli Omlet
1 pay üçün

Ərzaqlar:

2 ədəd iri yumurta
1 çay qaşığı su
1 xörək qaşığı kərə yağı
Duz
İstiot
2 xörək qaşığı sürtgəcdən keçirilmiş Kaşar pendiri və ya Mozzarella pendiri
Xırda doğranmış cəfəri

Hazırlanma Qaydası:

Yumurtaları orta ölçülü kasanın içinə qırın. Su və zövqə görə duz əlavə edib çəngəllə bir necə dəqiqə ərzində qarışanadək çırpın.

Orda ölçüdə olan bir tavanı orta istilikdə (yüksək olsa sonradan əlavə edəcəyiniz yağ yanar) qızdırın. Tava qızan kimi kərə yağını buraya əlavə edib, əridin.

Yağ əriyən kimi, yumurtalı kütləni tavaya tökün. Təxminən 5 dəqiqə ərzində, və yaxud omletin altı özünü tutub yüngülvari qızarana qədər bişirin.

Omletin üstü bir qədər yumuşaq qalıb və çox bərkiməmişkən, buraya pendiri sərpişdirib, spatula vasitəsiylə omleti ikiyə qatlayıb, qaba sürüşdürün. Pendir isti omletin arasında əriyəcək.

Omletin üstünə zövqə görə istiot və çəfəri səpib süfrəyə verin.
 Nuş olsun!

 
xoshbextqadin.az





Loading...

Reytinq: +3
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}