Bayram şirniyyatı-Şam Ağacı Brownie
Tərkibi:
3 yumurta
1 su stəkanı qara şəkər
Yarım su stəkanı un
200 qr. kərə yağı
250 qr. şokolad
1 paket vanil
1 su stəkanı qoz
Hazırlanması:
Yumurta və şəkəri köpük köpük olana qədər çalın. Tavada kərəyağını əridin və kənara alın, sonra içinə şokoladları əlavə əridin.
Yumurtalı qarışığa davamlı qarışdıraraq şokoladı əlavə edin. Ardından un və vanil də əlavə çırpın. Son olaraq yüngülcə qırdığınız qozları əlavə edin.
Yağlanmış soba qabına xərci tökün, 180 dərəcə əvvəldən isidilmiş sobada 25 dəqiqə bişirin.
Soyuduqdan sonra üçbucaq şəklində kəsin, qırmızı ağ şəkər-bəzəkləri üstünə yapışdırın. Yaşıl qida boyasıyla bəzəyin.
Nuş olsun!
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.