Portağal qabığında jele dilimləri
Ad günlərində, partilərdə və ya adi günlərdə xüsusilə uşaqların çox bəyənəcəyi rəngli, əyləncəli və asan bir qəlyanaltı hazırlaya bilərsiniz.
Tərkibi:
2-3 ədəd portağal
1 paket portağal və ya limon jelesi
1 paket portağal və ya limon jelesi
Hazırlanma qaydası:
Portağalları iki yerə bölərək kəsin, qaşıq köməyiylə içini təmizləyərək qab kimi hazırlayın. Jele paketinin təlimatındaki su ölçüsündən daha az su ilə hazırlayın.
Portağal qabıqlarını boşqablara oturdun, içlərinə jele doldurun, soyuducuya və ya dondurucuya yerləşdirin.
Jele sərtləşdikdə suya batırılan iti bıçaqla portağalları dilimləyin. Hər dəfə bıçağı suya batırmağı unutmayın. Süfrəyə verənədək soyuducuda saxlayın.
Nuş olsun!
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.