Uşaqlar üçün "Tısbağa" kotleti-fotolarla
- 24-05-2023, 13:06
- Mətbəx / Quru yeməklər
- 0
- 1 593
Tərkibi:
300-400 qr qiymə
5 ədəd sosiska
buterbrod pendiri (dilim)
duz
istiot
bəzək üçün bir neçə ədəd mixək və ya dənə istiot
5 ədəd sosiska
buterbrod pendiri (dilim)
duz
istiot
bəzək üçün bir neçə ədəd mixək və ya dənə istiot
süfrəyə vermək üçün kahı yarpağı
Hazırlanma qaydası:
Qiyməyə duz və istiot vurub qarışdırın. Kotletlər düzəldin və sosiskanı eninə və boyuna iki yerə bölün.Tısbağa şəkli vermək üçün sosiskalardan " pəncələr", "baş" və "quyruq" forması kəsin.
Kotletlərə şəkildəki kimi sosiskaları batıraraq tısbağa forması verin. Tısbağanın göz hissəsinə mixək və ya istiot dənəsiylə göz düzəldin və ağız hissəsindən bıçaqla kəsik atın.
Buterbrod pendirindən zolaqlar kəsin və kotletin üzərinə (tısbağanın kürək hissəsinə) tor şəklində düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Pendir əriməyə başladıqda folqayla üzərini örtün.
Bişməyə 5 dəqiqə qalmış folqanı çıxarın və pendirin qızarması üçün yenidən sobaya yerləşdirin. İsti kotletləri kahı yarpağının üzərinə yerləşdirin və süfrəyə verin.(Tərcümə edilib)
Resept sirliqadin.az saytına məxsusdur.İstifadə edərkən istinad mütləqdir!
Nuş olsun!
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.