Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Belə lahmacun yeməmisiniz - fərqli dad

Hər bir xanım istəyir ki, evdə həm dadlı, həm də büdcəyə uyğun xörəklər, şirniyyatlar hazırlasın. Verilən bu reseptlə ləzzətli lahmacun bişirə bilərsiniz.

Sirliqadin.az ailem.az-a istinadən bildirir ki, üstəlik, qənaətcildi, çünki siz 250 qram qiymə ilə iki qab lahmacun bişirəcəksiniz.

 
Lazım olan ərzaqlar:
 
4 ədəd yuxa (2 soba qabı üçün)
250 qr qıyma
1 ədəd soğan
3 ədəd pomidor
3 ədəd yaşıl bibər

1 ədəd qırmızı bibər
Yarım dəstə cəfəri
1 stəkan duru yağ



1 xörək qaşığı tomat
2 diş sarımsaq
Duz
İstiot
 
Sous üçün:
 
2 ədəd yumurta
3 xörək qaşığı qatıq
1 stəkan duru yağ
1 stəkan su


 

 

Hazırlanması:
 
Verilmiş tərəvəzləri xırda-xırda doğrayın. Daha sonra bir qaba qıymanı qoyun, doğranmış tərəvəzləri, tomatı, yağı, duz və istiotu da əlavə edib, yaxşıca qarışdırın.
 
Sous ləvazimatlarını da bir kasada qarışdırın.
 
Soba qabına yuxanı sərin və onun üzərinə sous vurun. Daha sonra ikinci yuxanı da eyni qaydada sərib souslayın. İçliyin yarısını qaşıqla yuxaların üzərinə yayın. (İçliyin yarısını ikinci qab üçün saxlayın).


Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada bişirin. Yuxanın altı yaxşıca qızarsın.


 Sobadan götürdükdən sonra isti-isti rulet halında bükün və iti bıçaqla doğrayaraq servis edin. İstəyənlər sarımsaqlı qatıqla da yeyə bilər.
 
Nuş olsun!

 





Loading...

Reytinq: +4
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}