Sobada Möhtəşəm Kartof Püresi
- 29-12-2021, 14:20
- Mətbəx / Quru yeməklər / Dünya mətbəxi
- 0
- 1 708
Yumşaq loxum kimi qaynadılmış kartof püresi və üzərində rəngarəng qarniturlu təqdimatla gözlərə xitab edərkən ləzzəti ilə damaq ləzzətinizə yaraşacaq qarniturlu kartof püresi tərifimi bəyənəcəyinizə əminim.
Süfrələrinizdə asan hazırlayıb fərqli təriflər axtaranlardansınızsa qarniturlu kartof püresi tərifini sınaqdan keçməyin. Sınayacaqlara indidən nuş olsun.
Ərzaqlar:
6 ədəd orta boy qaynadılmış kartof
1 qab qarnitur
1 qab qarğıdalı
1 armudu stəkan süd
2 su stəkanı rəndələnilmiş holland pendiri
50 marqarin və ya kərəyağı
Duz
Hazırlanması:
Qaynadılmış kartofları çəngəl köməyi ilə topac olmayacaq şəkildə yaxşıca əzirik.
Sobaya qoyulacaq nimçəyə, əzdiyimiz kartofları tökürük və içinə süd, bir su stəkanı holland pendiri, duz və marqarini qoyub təkrar homogen hala gətirənə qədər əzirik.
Və kartofları nimçəyə basdıraraq döşəyirik.
Suyu süzülən qarğıdalı və qarnituru kartofların üzərinə tökürük.
Qarniturların üzərinə bir su stəkanı holland pendirini səpirik.
Üzərinə kərəyağı və ya marqarin parçaları əlavə edirik.
250 dərəcəlik sobaya atırıq.
Üzəri qızarana qədər bişiririk və təqdimata hazırdır.
Nuş olsun!
Sirliqadin.az
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.