Çəki alıb peşmanlıq çəkənlərə xüsusi tərif: Peşmanlıq şorbası
- 14-05-2022, 13:45
- Mətbəx / Duru yeməklər / Dünya mətbəxi
- 0
- 1 350
Maddələr mübadiləsini sürətləndirən, şişkinliyi atan və reaktiv sürətində kilo verdirən Peşmanlıq şorbasının resepti
Son günlərdə sürətli çəki verdirən və şişkinlik atan maraqlı bir şorba gündəmdədir. Tərkibində bol vəsait olan və xüsusilə ağır yeməkli xüsusi günlərdən sonra, yəni peşman olunca, günorta və axşam yeməyi yerinə 1 kasa bu şorbadan istehlak edilməsi lazımdır.
Ərzaqlar:
2 yemək qaşığı kətan toxumu və ya chia toxumu
1 çay stəkanı qaynadılmış barbunya
2 ədəd balqabaq
5 budaq ağ kələm
2 yemək qaşığı plovluq yarma
3 ədəd sivri bibər
2 ədəd orta boy quru soğan
3 diş orta boy sarımsaq
1 çay qaşığı təzə zəncəfil
1 yemək qaşığı pomidor sousu
Barbunyanın fotosu
2 l su
(2 nəfərlik - 1 saata hazırdır)
Hazırlanması:
Addım 1
Soğan və sarımsağın qabıqlarını soyub dilimləyin və böyük bir şorba qazanına alın.
Addım 2
Yarma və barbunyayı yuyub süzdükdən sonra şorba qazanına əlavə edin. Bibər, zəncəfil, kələm və balqabaq doğrayıb digər vəsaitlərin üzərinə əlavə edin.
Addım 3
Qazana suyu və sousu götürüb yaxşıca qarışdırın və orta dərəcəli odda təxminən 40 dəqiqə, soğanlar yumşalana qədər bişirin. Şorba bişdikdən sonra blenderlə çəkib hamar konsistensiyaya gətirin. Ən son chia toxumu və ya kətan toxumunu əlavə edin.
Nuş olsun!
Sirliqadin.az
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.