Yaş hamburgerin evdə hazırlanması-Video izah
- 20-11-2021, 15:28
- Mətbəx / Quru yeməklər
- 0
- 1 366
Hazır hamburger çörəyi
Küftəsi üçün;
Vəsaitlər:
200 qr qıyma
1 ədəd soğan
1 çay qaşığı qara bibər
1 çay qaşığı marka bibər
1 çay qaşığı duz
1 stəkan suxari
1 ədəd yumurta
Sousu üçün;
3 ədəd pomidor
1 yemək qaşığı pomidor sousu
2 diş sarımsaq
2 yemək qaşığı duru yağ
Hazırlanması:
Küftəsi üçün qıyma, soğan rəndəsi və digər vəsaitləri bir qaba qoyub yoğurun, sonra soyuducuda yarım saat saxlayın.
Sousu üçün qazana duru yağda sarımsaqları qovurub sousu və rəndələdiyiniz pomidorları əlavə edin və bişirin. Əgər sousunuz susuz olsa yarım armudu stəkan qədər su əlavə edin.
Yağlı kağızı yaxşıca suda isladın. Bir qazana yarım armudu stəkan qədər su qoyub üzərinə yağlı kağızı sərinik.Qazan ocağın üzərində olsun.
Hamburger çörəklərini sousun içinə batırıb arasına küftə qoyub yaş kağızların üzərinə qazana düzün.Ən son olaraq qazanın qapağını bağlayıb 5 dəqiqə bişirin. Yaş hamburgerləriniz hazırdır.
Nuş olsun!
Sirliqadın.az
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.