Toyuq kolbasası
- 14-11-2023, 12:50
- Mətbəx / Quru yeməklər
- 0
- 1 878
Tərkibi:
-700 qr toyuq filesi
-2 ədəd kök
-3 diş sarımsaq
-1 ədəd yumurta
-Ədviyyatlar – duz ,istiot, pul bibər, sarikok, quru göylər
-1 dəstə şüyüd
Hazırlanması:
Kökü qaynadırıq və ortadan iki yerə bölürük,çəkilmiş toyuq ətinə ədviyyatları, yumurta və əzilmiş sarımsaq əlavə edib qarışdırırıq.
Hazır qiyməni folqaya yayırıq, ortasına kökləri düzürük və rulet kimi bükürük.
Sapla bağlayıb qazana qoyuruq üzərinə su, dəfnə yarpağı əlavə edib 30 dəqiqə qaynadırıq.
Soyuduqdan sonra dilimləyirik.
Nuş olsun!
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.