İslim kababı
- 10-07-2019, 11:42
- Mətbəx / Dünya mətbəxi
- 0
- 858
Vəsaitlər
4-5 ədəd badımcan
500 qr qıyma
1 yumurta
1 soğan
1 armudu stəkan çörək qırıntısı
Kimyon, qara bibər, duz
Varsa bir tutam cəfəri
Qızartmaq üçün duru yağ
Üzərləri üçün
Pomidor və bibər
Sous üçün;
1 yemək qaşığı pomidor sousu
2 stəkan qədər suyla sulandırılır
Hazırlanması:
Küftə üçün qıyma, rəndələnmiş soğan, yumurta, çörək qırığı, duz, qara bibər və kimyonu bir qaba qoyub yoğurun.
Bildiyimiz üsul küftəyə yumru yastı şəkil verin.
Badımcanları soyub nə incə, nə qalın olacaq şəkildə uzunlamasına dilimləyin. (1 badımcandan 4 dilim oldu məndə)
Badımcanları duzlu suya qoyub 20 dəq. gözləyin. Sularını süzüb qurudun.
Badımcanları duru yağda qızardın. Qalan duru yağda küftələri də tam bişirmədən qızardın.
2 dilim badımcanı (+ ) işarə formasında qoyun.
Üzərinə küftə qoyub boxça kimi sarın və üzərlərinə bir parça pomidor və bibər yerləşdirin.
Dişqurdalayanla sabitləyin. Sous üçün su, sous və duzu qarışdırıb küftələrin olduğu soba nimçəsinə tökün.Nimçəni sobaya verib 190 dərəcədə 20-25 dk bişirin.
Nuş olsun!
Sirliqadın.az
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.