Unsuz və yumurtasız ! 5 dəqiqəyə pendirli kartof kökəsi.Dadlı səhər yeməyi
- 8-05-2022, 11:51
- Mətbəx / Salatlar və qəlyanaltılar
- 0
- 1 394
Tərkibi:
Kartof - 4 ədəd
Mozzarella və ya hər hansı sərt pendir - 100 q
Duz və qara bibər zövqə görə
Hazırlanması:
Nəzərə alın ki,1 kartofdan 1 kökə(piroq) alınır.
Kartof iri gözlü rəndədən keçir.Tava qızdırılır.Bir az duru yağ əlavə edilir.
Rəndələnmiş kartof tavaya yayılır.Sonra üzərinə rəndələnmiş pendir.
Zövqə görə duz,istiot əlavə edilir.Bu qayda ilə 2 dəfə təkrar edilir.
Qalın etmək lazım deyil ki,yaxşı bişsin.Və tavanın qapağı örtülür.
Bir üzü qızardıqda digər üzü çevrilir.Tavanın diametri 16-20 sm.
Nuş olsun!
Sirliqadın.az
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.