Sobada toyuq budu resepti
- 4-01-2023, 18:53
- Mətbəx / Quru yeməklər
- 0
- 846
Tərkibi:
10 ədəd toyuq budu
1,5 çay qaşığı duz
2 ədəd orta boy kartof
3 ədəd pomidor
1 stəkan isti su
Hazırlama qaydası:
Budlara duz səpin və nimçəyə düzün.
Üstünü falqa kağızı ilə örtün.
Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 30-45 dəqiqə bişirin. Daha sonra budları sobadan çıxarın.
Üzərinə və kənarlarına halqa şəklində doğradığınız kartofları yerləşdirin.
İkiyə böldüyünüz bibərləri və halqa şəkilli pomidorları da üzərinə əlavə edin.
Üzərinə isti su tökün.
Üzərini bağlayıb, yenidən sobada biçirin. Tərəvəzlər bişdikdən sonra üzərini açın və qızaranadək sobada saxlayın.
İstədiyiniz ədviyyatları əlavə edin. İsti olaraq süfrəyə verin.
Nuş olsun!
Sirliqadın.az
Chef.az
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.