Makaronlu piroq (Rigatoni pasta pie)
- 21-03-2022, 15:26
- Mətbəx / Quru yeməklər / Dünya mətbəxi
- 0
- 587
Tərkibi:
500 qr rigatoni
400 qr mal qiyməsi
5-6 ədəd pomidor
3-4 diş sarımsaq
1 ədəd soğan
150 qr parmesan pendiri
300 qr mozarella
Duz, istiot
Kərə yağı və duru yağ

Hazırlanması:
Qaynayan suda makaron 12-15 dəqiqə bişirilir. Çox bişirmək olmaz ki, makaron və ortasındakı dəlik yastılanmasın, çünki ət makaronun içinə getməlidir.
Makaron süzülür, duru yağla yağlanır və rəndələnmiş parmesan pendirini əlavə edib qarışdırırıq. Makaronları bişirəcəyimiz formaya düzürük.
Soğan incə doğranılır və qovrulur. Üzərinə mal qiymə əlavə olunub qovrulur. Əzilmiş sarımsaqları və doğranmış pomidorları əlavə edib bişiririk. Bişirərkən diqqət edirik pomidorun suyu çox çəkilməsin ki, makaronun tomat sousu bol olsun.

Əti makaronların üzərinə əlavə edib yüngülcə qaşıqla basırıq ki, ət makaronun içinə getsin.
200 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirildikdən sonra üzərinə mozarella əlavə olunur və pendir əriyib üzəri qızaranda sobadan çıxarırıq.
Nuş olsun!
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.