Qozlu rulet
Tərkibi:
Un 500 q
Yumurta 1 ədəd
Şəkər tozu 100 q
Kərə yağı 250 q
Qabatma tozu 10 q
Vanil 1 paket
Xama 1 ədəd (180q)
un 3 stəkan tam dolu olmalıdır
yumurta 1 ədəd
vanil 1 paket
qabatma tozu 1 paket
xama 1 ədəd (180 q)
şəkər tozu yarım stəkan
kərə yağı 250 q
bu stəkan ölçüsü
Büllur stəkanla ölçülür
Qoz içliyi:
Qoz 200 q
Şəkər tozu 150 q
Vanil
Bir yerdə qarışdırılır
Hazırlanma qaydasi:
Bunlarin hamısını bir yerdə qarışdirıb yoğurmağa başlayırıq.Kərə yağı ev şəraitində yumşaq olmalıdır ki, xəmirmizi rahat yoğura bilək.
Çox boş olmasın.Nrmal hazır olduqda xəmirdən 1 kündə tuturuq.Sellofana qoyub üzəirni örtüb 10 dəqiqə dincəlməsi lazımdır.
Sonra un səpib uzununa yayıb duru yağla yağlamaq lazımdir. Sonra qoz içliyi töküb bükülür.
Rulet halında bükdükdən sonra 3 barmaq eninde kəsirik.Üzərinə yumurta vurulmur. Sobaya qoyub 170 dərəcədə qızaranda cıxardın.
Tam soyusun üzərinə şokolad əridib (bir zolaq ağ şokolad,bir zolaq qara)
bəzəmək olar.
Mənbə:Namiq usta
Sirliqadın.az
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.