Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Limonlu keks


Uşaqların əksər hissəsi dükanlarda satılan keksləri xoşlayır.


Lakin bu kekslərin tərkibində külli miqdarda müxtəlif kimyəvi maddələr var ki, onların bir çox hissəsi  saqlamlıq üçün heç də ziyansız deyil.


Bu səbəbdən özünüz uşağınıza "dükandakı kimi" keks bişirin.





                                Lazım olan məhsullar:


- yumşalmış kərə yağı (otaq temperaturunda olmalıdır) - 170 qr
- şəkər tozu - 1 stəkan
- limon şirəsi - 2 xörək qaşığı


- 1 limonun qabığı
- təbii yoqurt (və ya qatıq) - 1/2 stəkan
- yumurta - 3 ədəd


- un - 1,5 stəkan
- qabartma tozu - 2 çay qaşığı
- düz - 1 çimdik
- vanil - 1 paçka


                                               Hazırlanması:


1. Kərə yağını blenderdə və ya mikserlə yaxşı çalın. Sonra şəkər tozu əlavə edin və yenə yaxşı çalın. (şəkildə olduğu kimi alınmalıdır).


                           


2. Alınmış kütləyə limon şirəsi və sürtgəcin xırda gözündən keçirilmiş 1 limonun  qabığını əlavə edin və yenə də yaxşı qarışdırın. Daha sonra tədricən yoqurt və yumurta (bir-bir) əlavə edin və qarışdırın.


                           

3. Sonra qaba un, qabartma tozu, duz və vanilin əlavə edin və 1 dəqiqə ərzində qarışdırın.


 Xəmir hamar alınmalıdır. Xəmirin bərkliyi qatı sıyıq kimi olmalıdır.

4. Düzbucaqlı formaya xüsusi kağız sərin və xəmir qoyun.


                        
5. Sobanı əvvəlcədən 180 C-yə kimi qızdırın və keksi 45-50 dəqiqə ərzində bişirin.

 
Keksi sobadan çıxardın, 10 dəqiqə ərzində formada saxlayın və sonra formadan çıxardın.
 
Keksi tam soyudun və sonra kəsin.
 
                         
 
                                             Nuş olsun!

Sirliqadın.az




Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}