Asiya üsulu badımcan salatı
- 4-09-2021, 16:14
- Mətbəx / Salatlar və qəlyanaltılar
- 0
- 922
Turşməzə souslu,xırçıltılı qızardılmış badımcan salatını çox bəyənəcəksiniz...


Hazırlanması:
Resept müəllifi:Aygün Əliyarqızı
Sirliqadın.az
2 nəfərlik salat üçün:
2 orta boy badımcan
2 xörək qaşığı nişasta

Badımcanları yuyun, fri şəkilində doğrayıb. Duzlu, soyuq suda yarım saat acısını çıxarmağa qoyun. Yarım saat sonra badımcanları yaxşıca yuyub qoyub suyu süzülsün, salfetlə quruda da bilərsiniz.
Quruyan badımcanların üzərinə qarğıdalı nişastası əlavə edib yaxşıca qarışdırın, lazım olarsa yenə nişasta əlavə edin. Nişasta badımcanların hər tərəfinə bulanmalıdır. Sonra orta xodda, isti yağla qızardın. Qəşəng qızarmalıdır. Badımcan qızarana kimi sousu hazırlayın.
Sous:
50 ml soya sousu
50 ml limon suyu
50 qram şəkər tozu və yaxud bal
2 çay qaşığı nişasta
Yarım sarımaq rəndəsi
Sous üçün hər şeyi qarışdırın, üzərinə sarımaq rəndəsi də əlavə edib qatılaşana qədər bişirin.

Əlavələr:
2 ədəd balaca pomidor
Göy soğan
Bir az qırmızı bibər (zövqə görə)
Küncüt
Hazırlanması:
Qızarmış badımcanları salfet üzərinə yığın, yağı süzülsün. Pomidoru doğrayıb boşqabın içinə düzün, üzərinə badımcanları və bibəri düzün.
Göy soğanı doğrayıb badımcanın üstünə tökün. Sousu salatın hər tərəfinə gəzdirin və ən sonda üzərinə küncüt səpin.
Çox dadlı, yüngül salat olur. İsti-isti yemək məsləhətdir.
Sınayacaqlara nuş olsun!
Resept müəllifi:Aygün Əliyarqızı
Sirliqadın.az
- Müəllif: Sadiqov
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.