Orman kababı
- 21-07-2019, 12:06
- Mətbəx / Quru yeməklər
- 0
- 1 575
Orman kababının hazırlanması üçün ərzaqlar:
Quzu əti-500 qr
Soğan -2 ədəd
Sarımsaq- 3 diş
Qaynadılmış noxud- 1st
Bibər -2 ədəd
Pomidor-2 ədəd
Un- 1x.q
Kartof-4 ədəd
Duru yağ
Duz
Qara istiot
Kəklikotu
Orman kababının hazırlanması:
Qazana 500 qr quzu əti əlavə olunur. Quzu ətinin suyu quruyana qədər qovrulur. 1 ədəd soğan doğranılır. Ətin üzərinə əlavə olunur. Üzərinə sarımsaqlar əlavə edilir. Bir az su tökülərək qovurmağa davam edilir. Daha sonra qovrulmuş quzu əti soba qabına tökülərək üzərinə noxud əlavə olunur. 4 ədəd kartof kub formasında doğranılır. Duru yağda kartof qızardılır. Noxudun üzərinə qızardılmış kartoflar əlavə olunur. Üzərinə duz və qara istiot əlavə olunaraq əvvəlcədən 180 dərəcə tempraturda isidilmiş sobada bişirilir.
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.