Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Ətli badımcan kababı

 
Badımcan kababınının hazırlanması üçün ərzaqlar:

Badımcan -4 ədəd
Quzu əti -800 qr
Soğan -1 ədəd
Sarımsaq -3 diş
Tomat pastası- 1x.q
Qara istiot dənəsi -1ç.q
Yaşıl bibər – 4 ədəd
Pomidor – 2 ədəd.
Su
Duz
Duru yağ

Badımcan kababının hazırlanması:

Quzu əti orta ölçüdə doğranılır. Tavaya azca duru yağ tökülür və ət qovrulur. 5 Dəqiqə müddətində ət qovrulduqdan sonra dəfnə yarpaqları əlavə edilir. Qara istiot dənələrini atılır və bişirilməyə davam edilir. Tomat pastası əlavə edilib qarışdırılır.

Soğan və sarımsaq dogranılıb başqa bir tavaya əlavə edilir. Pamidor və bibərlər doğranılır. Bibərlər əlavə edilərək qapağı qapadılıb bir neçə dəqiqə bişirilir. Son olaraq pamidorlar əlavə edilir. Bişməyinə az müddət qalmış duz əlavə olunur.

Badımcanların saplaq qismi və alt qismi kəsilir. Tam ortadan ikiyə bölünür. Hər iki hissənin içi oyulub boşaldılır. İçi boşaldılmış badımcan hissələri yağda qızardılır və mətbəx salfetinin üzərinə qoyulur. Salfet qızardılmış badımcan dilimlərinin yağını çəkdikdən sonra badımcanlar şüşə soba qabına düzülür. Üzərlərinə duz və toz şəkilində qara istiot səpilir.

Badımcanların içindən çıxan hissələr qızardılır. Əvvəlcə bişirilən ətli qovurma badımcanların içərisinə yerləşdirilir. Üzərlərinə qızardılan badımcan içləri qoyulur. Bir dənə pomidor dilimi ilə üzərləri qapadılır. Əvvəlcədən 180 dərəcə tempraturda isidilmiş sobada bişirilir.

Nuş olsun!
http://sirliqadin.az





Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}