Souslu toyuq qanadı
- 1-12-2022, 14:37
- Mətbəx / Quru yeməklər
- 0
- 1 331
Sousla toyuq qanadı çox ləziz olur. Toyuq qanadlarının üstü xırt-xırt, içi yumşaq olacaq.
Ərzaqlar:
Toyuq qanadı – 8 ədəd (2 nəfərlik )
Quru kəklikotu – 1 ç. q
Köri ədviyyat qarışığı – 1 ç. q
Zərdəçal(sarıkök) – 1 ç.q
Bal – 1 ç.q
Qatıq və ya süd – 1 x.q
Qara istiot – 1 ç.q
Kimyon – 0, 5 ç.q
Duz (zövqə görə 1 çay qaşığı )
Zeytunyağı – 1 ç.q
Hazırlanması:
Bu yeməyin ən əhəmiyyətli ərzaqları bal və qatıqdır. Bu iki ərzaq istifadə edilməsə istənilən görünüşü əldə olunmaz . Bu iki ərzaqa əhəmiyyətli yanaşılmalıdır.
Qanadlardan başqa bütün ərzaqlar bir qaba tökülüb qarışdırılır. Qanadlar yuyulduqdan sonra kağız dəsmal ilə qurulanır. Qanadları böyük bir qaba qoyulub sous üzərinə tökülür.
Bu mərhələdə sousu qanadların üzərinə tökmə metodu əhəmiyyətlidir. Sousu toyuqların üstünə tökdükdən sonra mütləq əl ilə qarışdırılır.
Beləcə sous toyuqlara yaxşı hopmuş olacaq və istənilən dad və görünüş əldə ediləcək. Əvvəlcədən 200 dərəcə isidilmiş sobada 40 dəqiqə bişirilir.
Nuş olsun!
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.