C vitamini ilə zəngin Kivi kokteyli
- 27-08-2023, 21:07
- Mətbəx / Kompot, kokteyllər
- 0
- 1 635
Kivi demək olar ki, C vitamini anbarıdır. 1 ədəd kividə 1 gündə alınmasına ehtiyac duyulan C vitamin var.
Bundan başqa kivinin Antioksidan xüsusiyyəti var, qanda şəkərin idarə olunması üçün faydalıdır, astmaya qarşı qoruma təsiri vardır, qan laxtalanması riskini əhəmiyyətli dərəcədə azaldır və qanımızdakı yağ miqdarını azaltmaq kimi bir çox faydaları vardır.
İndi sizə bu gözəl meyvənin kokteylinin necə hazırlanmasını təqdim edirik.
Lazım olan ərzaqlar:
3 ədəd kivi
1 ədəd limon
1 yemek qaşığı bal
Hazırlanma qaydası:
Kivilərin qabıqlarını soyduqdan sonra blenderdə tam həll olana qədər qarışdırırq. 1 limonun suyunu əlimizlə sıxıb kivinin üstünə əlavə edirik.
Əgər istəsəniz limon yerinə portağaldan istifadə edə bilərsiniz. 1 xörək qaşığı balı kiçik bir tavada qarışdıraraq isidirik.
Sonra kivi qarışığının üzərinə əlavə edib qarışdırırıq. Süfrəyə soyuq halda verilir.
Nuş olsun!
sirliqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.