Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Limonlu revani

Tərkibi:

Keksi üçün:
3 yumurta
1 qəhvə fincanı şəkər tozu
1 stəkan bitki yağı
1 stəkan qatıq
1 stəkan manna yarması
3 xörək qaşığı un
3 xörək qaşığı çəkilmiş fındıq
1/2 çay qaşığı soda
1 paket qabartma tozu
1 paket vanil
1 ədəd rəndələnmiş limonun qabığı
 
Şərbəti üçün:

3 stəkan su
3 stəkanı şəkər tozu
3-4 damcı limon suyu
 
Hazırlanma qaydası:
 
Şərbət üçün bir qazanda su və şəkər tozunu zəif odda qaynadın. Qaynayan şərbətin ocaqdan götürüb limon suyu əlavə edin. Soyuması üçün kənara qoyun.
 
Bir qabda yumurta və şəkər tozunu yaxşıca çırpın. Duru yağ və qatıq əlavə edib çırpmağa davam edin.Manna yarması,vanil, un, soda,çəkilmiş fındıq və limon qabığı da əlavə edib qarışdırın. Sonda qabartma tozunu əlavə edib qarışdırın.
 
Düzbucaqlı soba üçün borcamı yağlayın. Qarışığı bu qaba boşaldın. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada üstü qızaranadək və diş çöpü batırsanız təmiz çıxana qədər təxminən 40-45 dəqiqə bişirin. İlk 20 dəqiqə qətiyyən sobanın qapısını açmayın.

Bişən revanin üzərinə istiykən şərbəti tökün. Yaxşıca soyuyan revaninin üzərinə fındıq düzün və limon qabığı rəndələyib süfrəyə verə bilərsiniz.

                                                 Nuş olsun!
 
 Sirliqadin.az
 





Loading...

Reytinq: +4
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}