Qarışıq kələm turşusu
- 12-09-2022, 19:40
- Mətbəx / Konservləşdirilmiş məhsullar
- 2
- 4 695
Tərkibi:
-1 baş kələm
-1 kilo turşuluq xiyar
-1 kilo göy pomidor
-1 kilo yer kökü
-yarım kilo yaşıl bibər
-200 qram sarımsaq
-1 dəstə cəfəri
-1 dəstə kərəviz (myanxur) yarpağı
-1 stəkan sirkə
– acı bibər, duz
-1 litr suya 1 çay qaşığı şəkər tozu
Hazırlanması:
Bütün bu tərəvəzləri yuduqdan sonra, istədiyiniz böyüklükdə doğrayın. Böyük bir qabın içində qarışdırın. Sonra bu tərəvəzləri sıra ilə bankaya yığın. Ayrı bir qabda su ilə duzu qarışdırın( 1 litr suya 5 xörık qaşığı duz).
Hazırladığınız suyu tərəvəzlərin üstünə tökün. Sirkəni və şəkər tozunu əlavə edin. Ağzını möhkəm bağlayın. Turşu hazır olana qədər ağzını açmayın. Təxminən bir həftə sonra turşunu yoxlayın.
Nuş olsun!
Sirliqadın.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.