Qırmızı bibər turşusu
29-10-2022, 17:43. Müəllif: aysel
Ərzaqlar:
2 kq qırmızı bibər
2 baş sarımsaq
2 dəstə cəfəri
1 su stəkanı sirkə
1 çay stəkanı limon suyu
1 çay stəkanı bitki yağı
kifayət edəcək qədər duz
Hazırlanması:
Qırmızı bibərləri bol suda yuyaraq qurudun.
Sobada bir az saxlayın ki, qabıqlarını rahat soya biləsiniz.
Bibərləri boyuna iki bərabər hissəyə bölüb, tumlarını çıxarın.
Bibərləri iri iri doğrayın.
Sarımsaqların qabıqlarını soyun və kiçik-kiçik doğrayın.
Cəfərilərı incə-incə doğrayın.
Ayrı bir qaba sirkəni, limon suyunu və turşu duzunu qatraq qatışdırın.
Duz əriyənə qədər qarışdırın.
Duru yağı da əlavə edərək qabın içinə tökün.
Qabın ağzını bağlayın.
Qeyd: Turşunu qışa qədər saxlasanız, soyuducuya qoruyun.
Haqqında: İlin hər bir fəslində yeyə biləcəyiniz ləziz turşudur.
Nuş olsun!
xoshbextqadin.az
Geriyə qayıt