Xoşbəxt Qadın > Mətbəx / Quru yeməklər > Yaş hamburgerin evdə hazırlanması-Video izah

Yaş hamburgerin evdə hazırlanması-Video izah


20-11-2021, 15:28. Müəllif: Deniz

 



Hazır hamburger çörəyi
Küftəsi üçün;

 Vəsaitlər:

200 qr qıyma
1 ədəd soğan
1 çay qaşığı qara bibər
1 çay qaşığı marka bibər
1 çay  qaşığı duz
1  stəkan suxari
1 ədəd yumurta

Sousu üçün;

3 ədəd pomidor
1 yemək qaşığı pomidor sousu
2 diş  sarımsaq
2 yemək qaşığı duru yağ

Hazırlanması:

Küftəsi üçün qıyma, soğan rəndəsi və digər vəsaitləri bir qaba qoyub yoğurun, sonra soyuducuda yarım saat saxlayın.

Sousu üçün qazana duru yağda sarımsaqları qovurub sousu və rəndələdiyiniz pomidorları əlavə edin və bişirin. Əgər  sousunuz susuz olsa yarım armudu  stəkan qədər su əlavə edin.

Yağlı kağızı yaxşıca suda isladın. Bir qazana yarım armudu  stəkan qədər  su qoyub üzərinə yağlı kağızı sərinik.Qazan ocağın üzərində olsun.

Hamburger çörəklərini sousun içinə batırıb arasına küftə qoyub  yaş kağızların  üzərinə qazana  düzün.Ən son olaraq qazanın qapağını bağlayıb 5 dəqiqə  bişirin. Yaş hamburgerləriniz hazırdır. 

Nuş olsun!
 
Sirliqadın.az 

Geriyə qayıt