Xoşbəxt Qadın > Mətbəx / Duru yeməklər > Unsuz Pomidor Şorbası

Unsuz Pomidor Şorbası


11-06-2022, 12:30. Müəllif: Deniz

 


 

Un olmadan pomidor şorbasının konsistensiyası tutmaz deməyin. Bu şorbada kartof və kök var. Havaların isindiyi, pomidorun və tərəvəzlərin daha da ləzzətlənməyə başladığı ramazan günlərində bol- bol edib süfrəyə qoya bilərsiniz.


Tərkib:
1 ədəd kök
2 ədəd  kartof
2 diş sarımsaq
3 ədəd  böyük pomidor
Kərə yağı və zeytun yağı qarışıq
1 çay qaşığı sous
Qara bibər
Pul bibər
Duz
Arzuya görə yarım limonun suyu

Loading...

 

 

 

                                            Hazırlanması:


Bu möhtəşəm şorbanı bu gün etmək istərsinizmi? Az vəsait, çox ləzzət. Ailəniz çox sevəcək bu şorbanı.


Tərəvəzləri yuyub soyaq.
İri parçalar halında doğrayıb qazana yığaq.


Üzərinə 5  stəkan su əlavə edib qaynamağa buraxaq.
Konsistensiyası fərqlilik göstərə bilər.


Qaynamağa başlayan şorbaya digər bütün vəsaitləri də qatıb tərəvəzlər yumşalana qədər bişirək.


Bişən şorbamızı blendrdən  keçirib isti olaraq xidmət edək.


Nuş olsun!
 
Sirliqadın.az

Geriyə qayıt