Xoşbəxt Qadın > Mətbəx / Quru yeməklər > Sobada tərəvəzli köftə

Sobada tərəvəzli köftə


9-12-2022, 16:10. Müəllif: aysel

 


 

 


Ərzaqlar:
Köftəsi üçün:

Quzu əti(qıyma) – 250 qr
Dana əti(qıyma) – 250 qr
Soğan -1 ədəd
Sarımsaq – 4 diş
Suxarı yaxud quru çörək içi -3 x.q
Bibər pastası – 0.5 x.q
Qara istiot – 0.5 x.q
Kimyon – 1 ç.q
Qırmızı pul bibər -1 ç.q
Duz.

Tərəvəzləri üçün:
Kartof – 5 ədəd
Yaşıl noxud (Konservləşdirilmiş) – 6 x.q
Yaşıl bibər -2 ədəd
Qırmızı bibər – 1 ədəd
Pamidor – 3 ədəd
Bibər pastası – 2 x.q
Pamidor pastası – 1 x.q
Duru yağ – 2 x.q
Qara istiot
Duz

Üzəri üçün:
Kərə yağı – 125 qr

Sobada tərəvəzli köftənin hazırlanması:
Dana və quzu qıyması bir qabda qarışdırılır üzərinə sürtkəcdən keçirilmiş soğan, döyülmüş sarımsaq, suxarı və ya quru çörək içi və ədviyyatlar əlavə edilir.

 Bütün bu ərzaqlar yaxşı qarışana qədər yoğrulur və soyuducuda saxlanılır.

Kartoflar yuyulub soyulur və halqa- halqa doğranılır. Bibərlər yuyulur uzun- uzun kəsilir, pamidordan başqa bütün tərəvəzlər qarışdırılıb soba qabına tökülür. 

Üzərinə köftələr düzülür. Kiçik-kiçik doğranılan kərə yağını aralı formada səpilərək pamidorların üzərinə əlavə edilir. 1 st su əlavə edilərək üzəri alüminum falqa ilə bağlanır.

 Əvvəlcədən 200 dərəcə tempraturda isidilən sobada 20 dəqiqə bişirilir daha sonra falqa çıxarılıb bişirilməyə davam edilir.

 Bişərkən köftələr ara-sıra çevirilir arada yeməyin suyu qaşıq vasitəsi ilə köftələrin üzərinə tökülür, köftələrin hər tərəfini yaxşı qızarılır.

                                                   Nuş olsun!
sirliqadin.az


Geriyə qayıt