Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Kartoflu Pideli Kabab



Ərzaqlar: 


2-3 parça pide,
300 qram ət
2 ədəd kartof
1 şorba qaşığı kərə yağı
1 şorba qaşığı zeytun yağı
Duz.
Qızartmaq üçün;
Maye yağ 


Sousu üçün;


1 şorba qaşığı kərə yağı,
2 çay  qaşığı sous,
Yarım çay qaşığı toz bibər,
Yarım çay stəkanı isti su.


Üzəri üçün;
2 şorba qaşığı kərəyağı,
1 çay qaşığı pul bibər.


Hazırlanması:


Kartoflu pideli kabab etmək üçün əvvəlcə kartoflar incə olacaq şəkildə doğranır və qızğın yağ içərisində qızardılır.


Ətlər, incə uzun olacaq şəkildə doğranar və ağızı bağlı olaraq, zəif odda suyunu çəkənə qədər bişirilir.


Bişirilən ətlərə 1 şorba qaşığı zeytun yağı əlavə olunub, 5 dəqiqə pörtlənir və son olaraq duz əlavə edilib ocaqdan alınır.
 
Pidelər kub-kub doğranaraq qazana qoyulur və üzərinə 1 şorba qaşığı kərəyağı əlavə olunub, ara -sıra qarışdıraraq 5 dəqiqə qovrulur.


Sous üçün lazımlı olan 1 şorba qaşığı kərə yağı, tavaya qoyular və üzərinə 2 çay qaşığı sous əlavə olunub, qoxusu çıxana qədər qovrular.


Qovrulan sousun üzərinə toz bibər əlavə edilib qarışdırılar və yarım çay stəkanı isti su əlavə olunub bir az qaynadılar.


Servis qabı içərisinə əvvəl qovrulan pidelər qoyulur və üzərinə hazırlanan  sousdan gəzdirilir.


Daha sonra üzərinə qızardılan kartoflar ilə bişirilən ətlər yerləşdirilir.


2 şorba qaşığı kərə yağı əridilir və üzərinə pul bibər əlavə olunub qızdırılır.Hazırlanan kartoflu pideli kabab üzərinə son olaraq qızdırılmış pul  bibərli kərə yağı gəzdirilir.


Arzuya görə sarımsaqlı qatıq ilə servis edilir.

Nuş olsun!

Sirliqadin.az





Loading...

Reytinq: +3
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}