Ətli kartof xörəyi – Resept
- 10-10-2015, 13:30
- Mətbəx / Quru yeməklər
- 0
- 3 075
Bu dəfə sizə xoshbextqadin.az ətli kartof yeməyinin reseptini təqdim edir.
Ərzaqlar:
5 ədəd orta boy kartof
1 ədəd böyük boy baş soğan
1 diş sarımsaq
400 qram quşbaşı formasinda doğranmış quzunun tikə əti
4 yemək qaşığı günəbaxan yağı
1 çay qaşığı pomidor tomatı
1/2 çay qaşığı istiot abqora
1,5 su stəkanı qaynar su
1 çay qaşığı duz
1/2 çay qaşığı təzə çəkilmiş dənə istiot
Bişirmə müddəti: 45 dəqiqə
Diqqət: Bişməyə başlayan kartofların dağılmaması üçün yeməyi çox qarışdırmayın.
Hazırlanması:
Kartofları bol suda yuyun və qabıqlarını incə-incə soyun. Quru soğanı xırda doğrayın. Sarımsağı bütün olaraq əlavə edin
Günəbaxan yağını qazana əlavə edib qızdırın. Yuyub suyunu kağız dəsmalın köməyi ilə aldığınız tikə ətləri qazana tökün. Yüksək odda, yüngül bir rəng alana qədər qovurun. Ocağın altını azaldıb zəif odda 15 dəqiqə bişirin. Sonra doğranmış baş soğan, sarımsaq və tomatları əlavə edib 5 dəqiqəyə qədər qovurun. Kartof dilimlərini əlavə edin. Kartofların səviyyəsinə gələcək qədər təxminən 1,5 su stəkanı qaynar suyu qazana əlavə edin.
Son olaraq, duz və təzə çəkilmiş dənə istiot əlavə edin. Yeməyi qapağı örtülü qazanda, zəif odda təxminən 20-25 dəqiqə kartoflar bişənə qədər bişirin. İsti olaraq xidmət edin.
Nuş olsun!
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.