Lavaş kababı – RESEPT
- 7-05-2022, 12:32
- Mətbəx / Quru yeməklər
- 0
- 1 821
Ərzaqlar:
1 ədəd iri lavaş
Əridiləcək kərə yağı
Kotleti üçün:
500 qr qiymə
1 ədəd soğan
2 diş sarımsaq
1 ədəd yumurta
2 dilim bayat çörək
Cəfəri
Duz
İstiot
1 xörək qaşığı duru yağ
Sousu üçün:
1 xörək qaşığı tomat
2 xörək qaşığı kərə yağı
2 stəkan isti su
Duz
Hazırlanması:
Kotlet üçün lazım olan bütün ərzaqları qarışdırıb yoğurun, 30 dəqiqə soyuducuda saxlayın.
Soyuducudan çıxarıb lülə kabab formasında hazırlayın və 10-12 dəqiqə bişirin.
Lavaşı bölüb qalın tərəfinə kababları düzün və rulet kimi bükün. Sonra eninə bölərək tavada 175 dərəcədə üzəri qızarana kimi bişirin.
Sousu üçün tomatı yağda qarışdırın. Sonra üzərinə duz və isti suyu əlavə edin.
Üzəri qızarmış lavaş kabablarının üzərinə tökün.
Nuş olsun!
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.