Tava kababı
- 17-08-2021, 20:16
- Mətbəx / Quru yeməklər
- 0
- 3 193
Tava kababının hazırlanması üçün ərzaqlar:
Quzu əti -400qr
Quzu antrikotu- 500qr
Pamidor sousu -1 kasa
Pamidor kokteyli -1 kasa
Bibər(dolmalıq)- 4 ədəd
Sarımsaq – 4 diş
Kərə yağı -2 x.q
Duz.
Qara istiot
Kəklikotu
Duru yağ
Süfrəyə vermək üçün:
Lavaş
Tava kababın hazırlanması:
Qızartma üçün nəzərdə tutulan tavaya duru yağ tökülür. Orta ölçüdə doğranmış quzu əti əlavə edilərək qarışdırılır. Yaşıl bibər və pomidorlar doğranılır. Quzu ətinin üzərinə əlavə olunur və birlikdə qarışıdırılır. Pomidor sousu tokülür. Bişməyinə az müddət qalmış duz, qara istiot atılır.
Ayrı tavaya duru yağ və bir az kərə yağ tökülür üzərinə quzu antrikotu əlavə olunaraq qovrulur. Bişməyinə az müddət qalmış duz, qara istiot, kəklikotu əlavə olunur. Lavaş doğranılır yeməyin süfrəyə veriləcəyi boşqabın işərisinə yerləşdirilir. Kənarlara quzu antrikotları düzülür. Ortaya da əvvəldə qovurulan quzu əti tokülüb süfrəyə verilir.
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.