Kivi salatı
- 22-01-2022, 20:49
- Mətbəx / Salatlar və qəlyanaltılar
- 0
- 1 913
Lazım olan ərzaqlar:
500 qr toyuq əti ,
3 ədəd yumurta,
3 ədəd kivi,
1 ədəd yaşıl alma,
200-300 qr kök ,
1 diş sarımsaq,
mayonez.
Hazırlanma qaydası:
Əvvəlcə toyuq ətinə bir az duz əlavə edilib qaynadılır. Yerkökü və yumurta ayrıca qabda qaynadılır. Alma, yerkökü və yumurta sürtgəcdən keçirilir.
Bütün ərzaqlar aşağıda göstərilən qaydada qat-qat yığılır.
1-ci doğranmış toyuq əti,
2-ci sarımsaq mayonez ilə,
3-cü kivi,
4-cü sürtgəcdən keçirilmiş yumurta ağı
5-ci sürtgəcdən keçirilmiş kökün yarısı,
6-cı – sürtgəcdən keçirilmiş alma,
7-ci sürtgəcdən keçirilmiş yumurta ağı
8-ci salatın üstünə yerdə qalan kökü qat-qat yığın və mayonezləyin.
Bütün ərzaqlar qat-qat yığıldıqdan sonra salatın üzərinə zövqünüzə uyğun kivi düzərək bəzəyin. Mən şəkildəki kimi bəzədim. Hazırladıqdan sonra müəyyən müddət soyuducuda saxlamağınız məsləhətdir.
Nuş olsun!
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.