Limonlu çizkeyk topları
Çizkeyk ən ləzzətli şirniyyatlardan biridir. Bu dəfə onu bir tort şəklində deyil, kiçik toplar halında qəlyanaltı olaraq hazırlaya bilərsiniz.
Tərkibi:
1 qutu labne pendiri
3 xörək qaşığı bal
yarım limon suyu
1 ədəd limonun qabığı
1 stəkan kokos
Zövqə görə 80 qr şokolad, 1 çay qaşığı kərə yağı və püstə
Hazırlanma qaydası:
İlk öncə labne pendiri və balı dərin bir qabda yaxşıca qarışdırın. Limonun qabığını rəndələyin. Limon qabığı rəndəsi və limon suyunu pendirli qarışığa əlavə edin. Kokosu da əlavə etdikdən sonra yaxşıca qarışdırın. Qarışığı əlinizdə kiçik toplar halına gətirin. Soyuducuda 1 saat gözlədin. İstəyə görə şokoladın üzərinə kərə yağı əlavə edib su hamamında əridin. Hazırladığınız çizkeyk toplarını şokolada batırın və üzərinə püstə səpin. Soyuducuda 10 dəqiqə gözlədin.
Nuş olsun!
Sirliqadın.az
- Müəllif: Selcan
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.